Yan 16, 2017 12:36 Asia/Baku
  • Əli Rəbii
    Əli Rəbii

İranın kooperasiya, əmək və ictimai rifah naziri bir heyətin müşayiəti ilə Azərbaycan Respublikasında İranın əməkdaşlığı ilə əczaçılıq zavodunun inşası əməliyyatının başlanması ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya səfər edib.

İranın kooperasiya, əmək və ictimai rifah naziri Əli Rəbii Bakı beynəlxalq hava limanında İRİB-in Bakıdakı müxbirinə verdiyi müsahibədə Bakıda iki ölkənin iştirakı ilə əczaçılıq zavodunun inşasının təməlqoyma mərasimində iştirakı Azərbaycan Respublikasına üç günlük səfərinin əsas proqramlarından adlandırıb və deyib: Dəyərləndirmələrə əsasən, Azərbaycan Respublikasında dərman istehsalı Azərbaycan Respublikası ilə müştərək brendlərlə İran dərmanlarının region ölkələri bazarlarına ixracatına şərait yaradacaq və bu sahədə İran üçün yeni imkanları töhfə verəcəkdir. 

Hal-hazırda İran dərmanlarının bəzi ərəb ölkələri və region ölkələrinə, hətta Rusiyaya ixrac edildiyini deyən Rəbii əlavə edib: Bu gün Azərbaycan Respublikasının iştirakı ilə inşa əməliyyatına start veriləcək bu dərmanqayırma zavodu bizə bu imkanı verəcək ki, Azərbaycanın ixracat sahələrindən İran da istifadə edə bilsin və İranın biliyi və investisiyası Azərbaycan Respublikasının sərmayəsi ilə birlikdə digər bazarlara ixrac olunsun. 

İranın kooperasiya, əmək və ictimai rifah naziri Azərbaycan Respublikası rəsmiləri ilə görüşləri bu səfərin digər proqramlarından adlandırıb və deyib: Bu sahədə texniki və peşəkar kurslar və biliyin mübadiləsi, sağlam turizmin inkişafı və onun təşkilatlandırılması, iki yol proyekti, o cümlədən Astara-Astara yolu proyektinin sürətləndirilməsi, iki ölkə vətəndaşlarının iki tərəfin daxili sərhədlərində 45 kilometrlikdə gediş-gəlişinə şəraitin yaradılması, iqtisadiyyat sektoru, o cümlədən neft, qaz, sement və polad sahələrində iki ölkənin əməkdaşlıqlarının genişləndirilməsi yollarının araşdırılması bu görüşlərdə müzakirə olunacaq məsələlərdəndir. 

İranın kooperasiya, əmək və ictimai rifah nazirini bu üç günlük səfərdə 5 millət vəkili, o cümlədən iqtisadi komissiya və dostluq qrupunun sədri Salman Xodadadi, enerji komissiyasının sədri və dostluq qrupunun üzvü Həsən Vənd, parlamentin rəyasət heyətinin üzvü və dostluq qrupunun üzvü Aşuri, parlamentin rəyasət heyətinin üzvü və dostluq qrupunun üzvü Behruz Neməti, proqram və büdcə komissiyasının sədri Tac Gərdun, həmçinin kooperasiya, əmək və ictimai rifah nazirinin müavini Əbülhəsən Firuzabadi müşayiət edir. 

Teqlər