Yan 17, 2017 18:34 Asia/Baku
  • İran və Azərbaycan R. parlament dostluğu qrupu üzvlərinin görüşü
    İran və Azərbaycan R. parlament dostluğu qrupu üzvlərinin görüşü

İran İslam Respublikası və Azərbaycan Respublikasının parlament dostluğu qrupunun üzvləri bu gün Bakıda görüşərək, parlament həmkarlıqlarının genişləndirilməsi sahəsində bir-birilərilə danışıblar.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu görüşdə İran İslam Respublikası və Azərbaycan Respublikasının parlament dostluğu qrupunun sədr müavini Eldar İbrahimov iki ölkə parlamentlərinin səmimi münasibətləri və uzun keçmişə malik əlaqələrinə toxunaraq, parlament əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıb.

O, sonra yeni milad ilinin Azərbaycan Respublikası prezidenti tərəfindən həmin ölkədə islami həmrəylik ili adlandırılmasına və islami ölkələrin idman oyunlarının yaz fəslində bu ölkədə keçirilməsinə işarə edərək, deyib: İslam dininin tolerantlığı və müxtəlif dinlərin sahiblərinin müsəlmanlarla dinc yanaşı yaşamalarını, eləcə də İslamın sülh və dostluq dini olmasını dünya xalqlarına göstərməliyik.