Yan 18, 2017 16:54 Asia/Baku
  • İranlı nazirin Azərbaycan R. rəsmilərilə müzakirələrinin müsbət nəticələri

İranın kooperasiya, əmək və sosial təminat naziri Azərbaycan R-na səfərinin ikinci günündə həmin ölkənin baş nazir müavini, əmək və əhalinin sosial müdafiəsi naziri naziri və iqtisadiyyat naziri ilə görüşlərini müsbət dəyərləndirib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Əli Rəbii öz görüşlərinin nəticələrinə toxunaraq, deyib:  Azərbaycan R-nın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilə görüşdə sosial təminat fondlarının imkanlarından istifadə, sağlamlaşdırma sahəsinin imkanlarından istifadə sahəsində Azərbaycan R-na yardım, iki ölkə arasında texniki və peşəkar təlim və təlimçi mübadiləsi sahəsində yaxşı razılıqlar əldə olundu.

O, Azərbaycan R-nın baş nazir müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və bu ölkənin iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşlərinə də işarə edib və belə deyib: Sosial təminat fondlarının yaxşı imkanlarına əsasən, qərara alındı ki, müştərək investisiyalar həyata keçirilsin və bəzi əmtəə malları münasib qiymətlə iki tərəfə ixrac olunsun.

Rəbii iki tərəfin müalicə turizmi sahəsindəki həmkarlıqlarına toxunaraq, deyib: Qərara alındı ki, Azərbaycan R. tərəfinin xahişinə əsasən, İranın investisiya şirkətləri və sosial təminat xəstəxanaları bu sahədə həmkarlıq etsinlər və Azərbaycan R-dan bir heyət iranlı həkimlərin təcrübələrindən istifadəni araşdırmaq üçün İrana səfər edəcək.

O, dəniz nəqliyyatının genişləndirilməsi və bank həmkarlıqlarının sürətləndirilməsini öz görüşlərində irəli sürülmüş məsələlərdən adlandırıb və bildirib: Gəmiçilik şirkətinin sosial təminat şirkətlərinin nəzarəti altında olduğuna görə, biz müsafir və yük daşınması üçün dəniz nəqliyyatından ötrü gəminin işə salınmasına öz hazırlığımızı elan etdik.

Qeyd edək ki, İranın kooperasiya, əmək və sosial təminat naziri iki ölkənin parlament dostluğu qrupuna üzv olan beş nümayəndə ilə yanaşı dünəndən Bakıda səfərdədir və sabah Azərbaycan R-nın fövqəladə hallar nazirilə görüşdükdən və bu ölkədə əlillərin sağlamlaşdırma mərkəzlərində olduqdan sonra Tehrana geri dönəcək.