Yan 18, 2017 19:25 Asia/Baku
  • İran və Azərbaycan R. əlillərin sağlamlaşdırılması və sosial təminat sahələrində həmkarlıq edəcəklər

İran İslam Respublikası və Azərbaycan R-nın texniki-peşə təlimləri, əlillərin sağlamlaşdırılması və sosial təminat sahələrindəki həmkarlıqları İranın kooperasiya, əmək və sosial təminat nazirinin Azərbaycan R-na səfərində yeni mərhələyə daxil olub.

IRIB-nin Bakı ofisinin məlumatına görə, İranın kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbii Azərbaycan R. rəsmilərilə görüşdən sonra bu gün Bakıya üçgünlük səfərinin sonunda öz azəri həmkarı ilə Azərbaycan R-nın texniki-peşə təlimləri və əlillərin sağlamlaşdırılması mərkəzlərindən baxış keçirib. Onlar həmkarlıqların genişləndirilməsi sahəsində lazımi araşdırmalardan sonra sosial təminatın müxtəlif sahələrində razılığa gəliblər. 

Rəbii İranın sosial təminat sahəsindəki irəliləyişlərinə işarə edərək, deyib: Azərbaycan R-nın əmək və əhalinin sosial müdafiəsi naziri ilə müzakirələrdə qərara alındı ki, hər iki ölkədə işləyən şəxslər əgər digər bir ölkəyə getmək istəyərlərsə, sosial təminatın məziyyətlərindən istifadə etsinlər və bu sahədə bu müqaviləni Türkiyə və Cənubi Koreya ilə də yekunlaşdırmışıq.

O, texniki-peşə təlimləri səviyyəsinin yüksəldilməsinə yardım, sağlamlıq turizminin qaydaya salınması, mütəxəssi həkimlərin Azərbaycan R-na göndərilməsi və bu ölkə xəstələrinin İranın sosial təminat xəstəxanalarında qəbul olunması, eləcə də xəstəxanaların inşasını bu səfərdə əldə edilmiş digər razılıqlardan adlandırıb.

Azərbaycan R-nın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bu razılaşmalar barədə deyib: Biz iki nazir öncəki razılaşmaların ardınca sosial təminatın müxtəlif sahələrində, o sıradan texniki-peşə təlimləri və əlillərin sağlamlaşdırılması sahəsində öz əməkdaşlıqlarımıza başlamışıq və əlillərə yardım, eləcə də müasir texnologiyalar və təcrübələr mübadiləsi bizim başlıca proqramımızdır. Məncə, bu əməkdaşlıqlar hər iki tərəf üçün faydalı olacaq. 

O, sonra deyib: Əldə olunmuş razılıqları reallaşdırmaq və İranın texniki-peşə təlimləri və əlillərin sağlamlaşdırılması, həmçinin digər sosial təminat sahələrindəki imkanlarını araşdırmaq üçün tezliklə Azərbaycan R-dan bir heyət İrana səfər edəcək. Bu səfərdə qərara alındı ki, iki ölkənin müştərək iqtisadi  komissiyasının investisiya komitəsi çərçivəsində əldə olunmuş razılıqlar izlənilsin və həyata keçirilsin.