Yan 20, 2017 20:57 Asia/Baku
  • Qanlı Yanvardan 27 il ötdü
    Qanlı Yanvardan 27 il ötdü

Azərbaycanda bu gün 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Azərbaycan xalqının  qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ölkədə hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Bu gün Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilib.