Yan 20, 2017 20:57 Asia/Baku
  • Naxçıvanda 20 Yanvar hadisələrinin 27-ci ildönümü qeyd edilib
    Naxçıvanda 20 Yanvar hadisələrinin 27-ci ildönümü qeyd edilib

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edilib.

 

 

APA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında “Ana abidəsi”ni və şəhidlərin məzarlarını ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin xatirəsini yad ediblər.

Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilib.