Yan 23, 2017 11:28 Asia/Baku
  • Azərbaycan Ermənistanın bir ədəd PUA-sını məhv edib
    Azərbaycan Ermənistanın bir ədəd PUA-sını məhv edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dünən Ermənistanın bir ədəd Pilotsuz Uçan Aparatını təmas xətti yaxınlığında məhv etməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, bu, son bir ay ərzində Azərbaycan tərəfindən vurularaq məhv edilən Ermənistanın 4-cü PUA-sıdır. 

Minsk qrupunun Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətindəki səylərinin nəticəsiz qalması bölgədə gərgin vəziyyəti şiddətləndirib və vaxtaşırı olaraq tərəflər arasında baş verən toqquşmalar hər iki tərəfdən insan tələfatı ilə nəticələnir. 

Amerika, Rusiya və Fransadan ibarət olan Minsk qrupunun həmsədrləri 20 ildən çoxdur Qarabağ münaqişəsinin dinc yolla həlli üçün vasitəçilik edirlər. 

Teqlər