Yan 30, 2017 19:17 Asia/Baku
  • Əhsən Nuruzadə
    Əhsən Nuruzadə

Yanvarın 24-dən yoxa çıxan “'Müsəlman Birliyi' Hərəkatının lideri Taleh Bağırovun fəal tərəfdarı Əhsən Nuruzadənin yeri bəlli olub.

Altı gün sonra onun yaxınlarına məlumat verilib ki, Əhsən Nuruzadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində - «Bandotdel»- de saxlanılır. Amma onun saxlanılma səbəbi və ötən müddətdə ailəsinə niyə məlumat verilməməsi haqda heç nə deyilməyib.

Əhsən Nuruzadə ilahiyyatçı Taleh Bağırov və17 nəfərin mühakimə olunduğu Nardaran işi üzrə məhkəmənin daimi iştirakçılarından biri idi.

 

 

Teqlər