Fev 23, 2017 18:45 Asia/Baku
  • Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası Bakıda keçirildi

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında Azərbaycan qazının vropaya nəqli yolları Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə araşdırılıb.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan prezidentinin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında Avropa Komissiyasının enerji məsələləri üzrə birinci müavini Maruş Şevçoviç, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə müşaviri Rubin Daniqan, İngiltərə baş nazirinin ticarət məsələləri üzrə xüsusi nümayəndəsi Ema Nikolson, layihədə iştirak edən ölkələrin o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstanvə  Xorvatiyanın enerji nazirləri, Monteneqronun iqtisadiyyat naziri, İtaliyanın iqtisadi inkişaf naziri və Bosniya və Hersoqovinanın xarici ticarət naziri habelə, bəzi beynəlxalq maliyyə təşkilatlarının nümayəndələriiştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında etdiyi çıxışında heç bir amilin bu layihənin icrasına mane ola bilməyəcəyini vurğulayıb və deyib: Hal-hazırda Trans Anadolu(TANAP) qaz boru kəmərinin çəkilməsi üzrə işlərin təqribən 65%-i, Bakı-Tiflis-Ərzrum qaz boru kəmərinin çəkilişi üzrə işlərin 80%-i və Trans Adriatik(TAP) qaz boru kəmərinin çəkilişi üzrə işlərin 35%-i icra edilib.

Azırbaycan prezidenti həmçinin deyib: Şah Dəniz qaz yatağının istismarı üzrə 2-ci fazada görülən işlərin 90%-i yekunlaşıb.

İlham Əliyev bu layihənin vaxtında başa çatacağı və Azərbaycan qazının Avropa bazarlarına çıxarılacağından əmin olduğunu bildirib. 

Cənub Qaz Dəhlizi layihəsi Xəzər hövzəsində Avropaya qaz nəql edəcək ən iri layihə sayılır. Bu layihə Azərbaycanın Şah Dəniz qaz yatağının ikinci fazasının istismara verilməsi, Bakı-Tiflis-Ərzrum qaz boru kəmərinin bərpa edilməsi, 2 yeni qaz boru kəmərinin çəkilməsini o cümlədən Trans Anadolu(TANAP) və Trans Adriatik(TAP) layihələrini əhatə edir.

Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi layihəsinin icrası üçün lazım olan ümumi vəsaitin həcmi 45 milyard dollar təxmin edilib.

Şah Dəniz qaz yatağının 2-ci fazasının istismarı çərçivəsində il ərzində 16 milyon kubmetr qazın çıxarılması planlaşdırılır. Bu qazın 6 milyard kubmetri Türkiyənin daxili tələbatını təmin etmək üçün nəzərdə tutulub. Digər 10 milyard kubmetr qaz isə Avropa ölkələrinə nəql ediləcək.

Şah Dəniz qaz yatağından çıxarılacaq ilk təbii qaz yükünün 2018-ci ilin sonlarında Türkiyəyə, 2019 və 2020-ci illərdə isə Avropaya nəql edilməsi nəzərdə tutulub.

Şah Dəniz qaz yatağında olan qaz ehtiyatının həcmi 1.4 trilyon kubmetr elan edilib. Hal-hazırda bu qaz yatağı BP şirkəti tərəfindən istismar edilir.