Fev 24, 2017 17:41 Asia/Baku
  • Azərbaycan İran Astarasında investisiyaya hazır olduğunu bildirdi
    Azərbaycan İran Astarasında investisiyaya hazır olduğunu bildirdi

"Astara-Astara dəmiryol terminalı İran və Azərbaycan arasında müştərək şəkildə inşa olunmaqdadır"

Bu sözləri Gilanın valisi Məhəmməd Əli Nəcəfi deyib.

Onun sözlərinə görə, Astara-Astara beynəlxalq dəmir yol layihəsi Ümid və Tədbir hökumətinin uzunmüddətli səyindən sonra səmərə verən böyük işlərdən biridir. Müştərək dəmir yol körpüsü istifadəyə verilmək mərhələsindədir. Astara-Astara dəmiryol terminalının inşası da müştərək şəkildə davam edəcək.

Gilan valisi əlavə edib: Terminalın inşasında böyük investorlar iştirak edirlər və Azərbaycan Respublikası Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri də bu məkanda xüsusi otellərin tikilməsi üçün yatırım edildiyini söyləyib.

"Ən sərfəli iqtisadi yol olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi ilə gediş-gəliş xərcləri və şimaldan cənuba nəqliyyatın məsafəsi 26 gün azalacaq.

Teqlər