Fev 24, 2017 17:53 Asia/Baku
  • Masallı sakinləri Şeyx Sərdarın həbsinə etiraz olaraq dinc yürüş keçirib
    Masallı sakinləri Şeyx Sərdarın həbsinə etiraz olaraq dinc yürüş keçirib

Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maidə.Az saytının baş redaktoru, Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dinc etiraz aksiyası keçirlib.

Bu gün Masallı cümə məscidində Şeyx Sərdar Hacıhəsənlinin arxasında namaz qılan müsəlmanlar cümə namazından sonra onun həbs edilməsinə etiraz edib.

Əllərində ruhaninin şəkillərini tutan dindarlar, onun həbsini pisləyib və sərbəst buraxılmasını tələb edib.

 

Saytın məlumatına görə, aksiya zamanı 15 nəfər saxlanılıb.

Azərbaycanın nüfuzlu din xadimləri və dini təşkilatlar ruhani Şeyx Sərdar Hacıhəsənlinin həbsini ilə əlaqədar etiraz bəyanatları verib. Ruhani ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsini qanunsuz hesab edir.

 

Teqlər