Fev 27, 2017 13:39 Asia/Baku
  • Ermənistan 5 şəhidin nəşinin götürülməsinə mane olur
    Ermənistan 5 şəhidin nəşinin götürülməsinə mane olur

Azərbaycan Respublikası Müdafiə Nazirliyi 24-25 fevral toqquşmalarında bu ölkənin 5 şəhid hərbçisinin adlarını açıqlayıb və Ermənistanın bu cəsədlərin götürülməsinə mane olduğunu bildirib.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin portalı bildirib: ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin iştirakı ilə ötən gün iclasın keçirilməsi və meyitlərin götürülməsi üzrə razılığın əldə olunmasına baxmayaraq, cəsədlər götürülən zaman Ermənistan tərəfi cəsədlərin təhvili ilə bağlı yeni şərait üzrə iclasda əldə olunan razılaşmanı pozub və cəsədlərin götürülməsinə mane olub. 

Bu məlumata görə, eyni zamanda, cəbhənin digər istiqamətlərində Ermənistan tərəfi Azərbaycanın mövqelərini müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Təəssüflər olsun ki, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də cəsədlərin təhvil verilməməsi haqda Ermənistanın bu hərəkətinə reaksiya verməyib və hətta Ermənistanın bu razılaşmanı pozmasını da qeydə almayıblar. 

Teqlər