Mart 19, 2017 16:37 Asia/Baku
  • Azərbaycanda Novruz şənlikləri
    Azərbaycanda Novruz şənlikləri

Novruzun gəlişi ilə İranla çoxlu ortaqlıqları olan Azərbaycan Respublikasının müxtəlif bölgələrində bu səadətli bayramın adət-ənənələri özünəməxsus özəlliyi ilə seçilir.

İRİB-in Bakıdakı ofisinin məlumatına görə, İran diyarı və regionun bir neçə ölkəsindən əlavə olaraq, Hindistandan tutmuş Orta Asiya ölkələrinə qədər Novruz şənlikləri regionun mədəniyyətindən qaynaqlanan hər bölgəyə aid özünəməxsus adət-ənənələri ilə keçirilir.

Bu ölkələrdən bəzisində bu adət-ənənələrin başqa ölkələrlə ortaqlıqları vardır. Nümunələrini Azərbaycan Respublikasının İran İslam Respublikası ilə bu qədim bayramın adət-ənənələrində müşahidə etmək olar.

Azərbaycan Respublikası vətəndaşları illərdir yeni ili Milad ilinə əsasən qeyd etmələrinə baxmayaraq, Novruz bayramı, onun adət-ənənələrinə xüsusi dəyər verir və onu öz ata-babalarının adət-ənənələrindən hesab edirlər.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etməsi ilə SSRİ dövrünün əksinə olaraq Novruz bayramı şənliyi bu ölkədə möhtəşəm şəkildə qeyd olunur və Azərbaycan hökuməti müstəqillikdən sonra Novruz bayramını tarixi, mədəni və mənəvi bayramlardan elan edib. Cari ildə də bu ölkədə Novruz bayramı ilə əlaqədar istirahət günləri Nazirlər Kabinetinin qərarı ilə 9 gün elan olunub.