Mart 22, 2017 18:11 Asia/Baku
  • ABŞ-dan Bakıya tәlәb: Bütün siyasi mәhbuslar dәrhal azad edilsin
    ABŞ-dan Bakıya tәlәb: Bütün siyasi mәhbuslar dәrhal azad edilsin

ABŞ-ın Helsinki Komissiyası Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə və insan haqları, demokratiya, hüququn aliliyi üzrə ATƏT-in öhdəliklərini yerinə yetirməyə çağırıb.

Çox təəssüfləndirici haldır ki, prezident Əliyevin Novruz qabağı əfv sərəncamı ilə buraxdığı məhbuslar arasında siyasi məhbusların çox az bir hissəsi olub”, – deyə Helsinki Komissiyasının həmsədri senator Rocer Viker bildirib.

 

O, xatırladıb ki, “Azərbaycan hökuməti dinc şəkildə öz hüquqlarından istifadə etdiyi üçün həbs edilən müxalifətçiləri, insan haqları fəallarını və dini liderləri azad etməklə öz öhdəliklərini yerinə yetirməlidir, – deyə senator Viker əlavə edib.

 

Helsinki Komissiyasının digər həmsədri Kristofer Smit isə deyib ki, İlham Əliyevin axırıncı əfv sərəncamı bir çox insan haqları fəalını, jurnalist və siyasi müxalifət funksionerini həbsdə saxlayıb. “Onlar hazırda pis rəftara məruz qalırlar. Mən İlham Əliyevi insan haqları və demokratiyaya hörmət etməyə, bütün vicdan məhbuslarını azad etməyə çağırıram”, – deyə Smit bildirib

 

Helsinki Komissiyası xatırladır ki, 2016-cı ildə Azərbaycan hökuməti 148 məhbusu Novruz bayramı ərəfəsində əfv etmişdi, onların arasında nüfuzlu insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi bir çox insan var idi. Bu il isə hökumət 400-dən çox məhbusu əfv edib, amma azad edilənlər arasında cəmi 4 siyasi məhbus olub.