Mart 23, 2017 18:19 Asia/Baku
  • Bakıda İran-Azərbaycan teatr qruplarının birgə tamaşası
    Bakıda İran-Azərbaycan teatr qruplarının birgə tamaşası

İranın Təbriz şəhərinin Babəkşəhr teatrının Azrəbaycan Respublikasının Musiqili Teatrı ilə birgə istehsalı olan "Bəxtəvər" tamaşası Bakıda səhnəyə çıxarılıb.

IRNA-nın məlumatına görə, dünəndən bir həftə müddətinə Azərbaycan Respublikasının Musiqili Teatrında novruz mərasimləri barədə göstəriləcək birgə "Bəxtəvər" tamaşası bu ölkə tamaşaçıları və novruz günlərini keçirmək üçün Bakıya səfər etmiş iranlı müsafirlər tərəfindən rəğbətlə qarşılanıb.

Təbriz şəhərinin Babəkşəhr teatrının rejissoru Yaqub Seddiq Cəmali bu birgə tamaşanı İran və Azərbaycan Respublikasının incəsənət ustalarının həmkarlıqlarının nəticəsi adlandırıb.

Cəmali söyləyib: Son zamanlar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesinin köməkliyilə Təbriz şəhərinin Babəkşəhr teatrı ilə Azərbaycan Respublikasının Musiqili Teatrı arasında əməkdaşlıq üzrə bir anlaşma sənədi imzalanıb.

Yaqub Seddiq Cəmali bu həmkarlığın hədəflərindən birini Azərbaycan Respublikası tamaşaçılarının İran mədəniyyəti və incəsənəti ilə yaxından tanışlığı adlandırıb və deyib: Cari günəş ilinin ikinci yarısında da Azərbaycan Respublikasının Musiqili Teatrında digər müştərək tamaşa səhnəyə qoyulacaq.