Mart 24, 2017 09:32 Asia/Baku
  • Siyasi Məhbusların Monitorinqi Mərkəzi CÇM-də Mövsüm Səmədova təzyiqi pisləyib
    Siyasi Məhbusların Monitorinqi Mərkəzi CÇM-də Mövsüm Səmədova təzyiqi pisləyib

Azərbaycan İslam Partiyasının liderinin növbəti dəfə karserə salınması ölkə hakimiyyətinin dini fəallara qarşı total repressiya siyasətinin daha bir parlaq nümunəsidir. Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin martın 23-də yaydığı bəyanatda deyilir.

Bəyanat müəllifləri qeyd edirlər ki, "Biz İslam Partiyasının lideri Mövsüm Səmədovun uzun müddətə karserə salınmasını qətiyyətlə pisləyirik. Hesab edirik ki, onu tamamilə əsassız cəzalandırırlar. "