Apr 20, 2017 11:10 Asia/Baku
  • Maidə portalının baş redaktorunun həbs müddəti artırlıb

Maidə islami prtalın baş redaktoru və Masallı şəhərinin imam cüməsinin həbs müddəti 20 gün müddətinə uzadılıb.

İslamazeri internet saytının verdiyi məlumata görə, şeyx Sərdar Hacı Həsənlinin vəkili Cavad Cavadoc müvəkilinin həbs müddətinin 20 gün artırıldığını deyib. 

Cavac Cavadov bildirib: Çərşənbə günü keçirilən məhkəmə iclasında Nemət Musayev bu ruhaninin həbs müddətinin daha 30 gün uzaldılmasını nəzərdə tutmuşdu və müvəkkilimin etirazı nəticəsində bu müddət 20 gün təyin edildi. 

Hacı Sərdar Həsənlinin həbs hökmü Masallı icra hakiminin şikayəti ilə, bu şəhərdə cümə namazı mərasimi keçirdiyinə görə, 22 fevralda çıxarıldı və bu hökümə görə ruhani 37 gün müddətinə azadlıqdan məhrum edildi. 

Şeyx Sərdar Hacı Həsənli ilkin dini təhsilini Azərbaycan Respublikasında alıb.