Apr 20, 2017 18:07 Asia/Baku
  • 65 ilini Fars dilini öyrənməyə həsr etmiş Azərbaycanlı qadın
    65 ilini Fars dilini öyrənməyə həsr etmiş Azərbaycanlı qadın

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün səfirliyin mədəniyyət attaşesi ilə birlikdə Bakıda, ömrünün 65 ilini Fars dilinin öyrənilməsinə sərf etmiş tədqiqatçı qadının mənzilində olaraq, onun zəhmətlərini qiymətləndirib.

Fars dili və ədəbiyyatı öz zənginliyi ilə bir çox ölkələrdə o cümlədən qonşu Azərbaycan Respublikasında alimlər və tədqiqatçıların diqqətini özünə cəlb etməyi bacarıb. Bu alim və tədqiqqatçılardan biri isə Təhminə Rüstəmovadır. 

Bakı Dövlət Universitetində fars dilini tədris etməklə məşğul olan bu alim ömrünün 65 ilini fars dilinin öyrənilməsinə və tədris edilməsinə sərf edib. O, həmçinin, Fars dili ilə bağlı bir sıra dəyərli kitab və məqalənin müəllifidir. 

Fars  və Azərbaycan dillərinin müqayisəli qrammatikası, Şərqşünaslıq Fakültəsində təhsil alan tələbələr üçün Fars dili, Şərqşünaslıq Fakültəsində təhsil almayan tələbələr üçün Fars dili, Fars dilinin öyrənirəm, Şahnamənin dili və Şahnamədə istifadə edilən kəlmələr adlı kitablar daxil olmaqla 18 kitab və 150 elmi məqalə Təhminə Rüstəmovanın 65 illik fəaliyyət ömrünün bəhrəsi sayılır. 

Professor Təhminə Rüstəmovanın hazırda 90 yaşı var və hələ də Fars dili ilə bağlı araşdırmalarını həvəslə davam etdirir. Hazırda T.Rüstəmova Azərbaycan-Fars dili lüğəti kitabının 2-ci cildi üzərində işləyir.