Apr 22, 2017 19:58 Asia/Baku
  • AİP-in Qadınlar Şurası AR-də məscidlərin dağıdılmasını tənqid edib

Azərbaycan Respublikası İslam Partiyasının Qadınlar Şurasının sədri bu ölkədə məscidlərin dağıdılmasını islami qanun və dəyərlərlə təzadlı adlandırıb.

Növrəstə İbrahimova bu gün Səhər telekanalının azəri bölməsilə müsahibədə əlavə edib ki, bir neçə il bundan öncədən Bakı meriyası abadlıq və yaşıllıqların genişləndirilməsi bəhanəsilə dini abidələrin dağıdılması planını izləyib və bu məsələ Azərbaycan Respublikası şiələrinin geniş etirazı ilə üzləşibdir.

Belə bir halda, ötən həftə minlərlə azəri Bakının "Hacı Cavad" məscidinin önünə toplaşaraq, bu şəhər meriyasının həmin məscidin dağıdılmasına dair qərarına etiraz edib.

Bu aksiyanın ardınca "Allahu Əkbər!" şüarı verən bəzi etirazçılar polis tərəfindən həbs olunublar.

"Hacı Cavad" məscidindən əlavə, 2010-cu ildə Bakıda yeni tikilmiş Fatimeyi-Zəhra(s.ə.) məscidi və digər yeni tikilmiş məscidlər də əsassız bəhanələrlə dağıntıya məruz qalıblar.

Aprelin 12-də Bakının "Hacı Cavad" məscidi meriyanın abadlıq layihələri hüdudlarında yerləşmək bəhanəsilə dağıdılıbdır.