Apr 22, 2017 20:00 Asia/Baku
  • Azərbaycan R. 4-cü İslam həmrəyliyi yarışlarını  keçirməyə hazırdır

Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti və İslam Ölkələrinin 4-cü Həmrəylik Oyunları- İslamiadanın Təşkilat Komitəsinin sədri Bakının bu yarışları keçirməyə tam hazır olduğunu bildirib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Mehriban Əliyeva İslamiadanın Təşkilat Komitəsinin yekun iclasında deyib ki, bu yarışlarda 57 İslam ölkəsindən olan üç mindən yuxarı idmançı iştirak edəcək.

İslamiadanın Təşkilat Komitəsinin sədri bildirib ki, bu yarışların 23 idman növündə keçirilməsi üçün Bakıdakı 16 idman kompleksi hazır vəziyyətə gətirilibdir.

Mindən yuxarı media nümayəndəsinin yarışları işıqlandıracağını deyən Mehriban Əliyeva bildirib ki, əlli ölkədən bir milyard tamaşaçı bu yarışlara tamaşa etmək fürsəti qazanacaqdır.

İslam Ölkələrinin 4-cü Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək. Bu yarışlarda İranın idman karvanı 280 idmançı ilə 17 idman növündə yarışacaqdır.

 

Teqlər