May 16, 2017 09:25 Asia/Baku
  • Azərbaycan Ermənistanın raket kompleksinə hücum edib
    Azərbaycan Ermənistanın raket kompleksinə hücum edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan ordusunun raket sistemini məhv etdiyini bildirib.

Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir: Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Məlumat üçün bildirilib ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

Teqlər