May 20, 2017 17:06 Asia/Baku
  • Azərbaycan R-da yaşayan iranlıların prezident seçkilərində iştirakı nəzərəçarpacaq dərəcədə artıbdır

Azərbaycan Respublikasında yaşayan iranlıların İranın prezident seçkilərində iştirak miqdarı ötən dövr ilə müqayisədə 95%-lik artıma malik olubdur.

İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu xəbəri verərək, deyib: Həm Bakıda, həm də Naxçıvanda Azərbaycan Respublikasında yaşayan iranlılar prezident seçkilərində böyük iştiraka malik olublar və Bakıda iranlıların iştirakı ötən dövr ilə müqayisədə 95%-lik artıma malik olubdur. 

O, bu iştirakı İran xalqının əzmkarlığının nişanəsi adlandırıb və bildirib ki, İslamiada oyunlarında iştirak edən iranlı idmançıların iştirakı da seçki məntəqəsinə xas bir təravət bəxş etmişdi.

Azərbaycan Respublikasında yaşayan iranlıların səs vermələri İranın Bakıdakı səfirliyinin 2 saylı binasında və Naxçıvan Muxtar Respublikasında dünən yerli vaxtla səhər saat səkizdən başlandı və bu seçkilər Bakıda bu şəhərdə yaşayan iranlıların böyük rəğbətinə görə, saat 20-dək, yəni iki saat uzadılaraq keçirildi.