May 21, 2017 15:18 Asia/Baku
  • Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir
    Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 21 illiyinə həsr olunmuş iclas Türkiyənin İstanbul şəhərində Azərbaycanın iştirakı ilə işə başlayıb.

Report portalının məlumatına görə, bu iclasda təşkilata üzv ölkələrin 11 prezidenti, xarici işlər naziri və yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu iclasda iştirak edib. Bu iclasın açılış mərasimi təşkilatın baş katibi Maykl Kristidisin çıxışı ilə başlanıb.

İclasın ikinci günündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.

Azərbaycan parlamentinin sədri Oktay Əsədov da bu iclasda iştirak edir.