May 21, 2017 21:37 Asia/Baku
  • Türkiyədə İŞİD-ə bağlı bir azərbaycanlı saxlanılıb
    Türkiyədə İŞİD-ə bağlı bir azərbaycanlı saxlanılıb

Türkiyədə İŞİD terror qruplaşmasına bağlı bir Azərbaycan vətəndaşı saxlanılıb.

APA İnformasiya Agentliyinin məlumatına görə, Ankara şəhərinin Etimesqut rayonu polisi bazar günü bir Azərbaycan vətəndaşını həbs edib.

Bildirilir ki, bu azərbaycanlının həbs olunması ilə bu şəhərdə terror aktının qarşısı alınıb.

Məlumata görə, həmçinin Ankara şəhərində təxribatçı əməliyat keçirməyə cəhd edən bir silahlı qrupa qarşı Ankara təhlükəsizlik qüvvələrinin əməliyyatında azı 4 nəfər öldürülüb. Hələlik onların kimliyi müəyyənləşdirilməyib.

Suriya böhranının əvvəlindən Orta Asiya və Qafqazdan minlərlə nəfər Suriya və İraqda terror qruplarına qoşulublar və onlardan bir çoxu Suriya ordusu ilə toqquşmalarda öldürülüb.

Teqlər