May 23, 2017 13:27 Asia/Baku
  • Naxçıvan MR Ali Məclisinin sədri H.Ruhanini təbrik edib
    Naxçıvan MR Ali Məclisinin sədri H.Ruhanini təbrik edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Ruhanini bir daha İran prezidenti seçilməsi münasibətilə təbrik edib.

IRIB-nin Bakı ofisinin İranın Naxçıvandakı baş konsulluğuna istinadlı məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin məktubunda deyilir: İran İslam Respublikasının prezidenti, cənab Həsən Ruhani, sizin bir daha İran İslam Respublikasının prezidenti seçilməyinizi səmimi qəlbdən təbrik edirəm. Ötən müddət ərzində İranın Naxçıvan Muxtar Respublikası ilə yaxşı qonşuluq əlaqələri daha da möhkəmlənib və qonşu ostanlarla təsirli həmkarlıqlar, dostluq və qardaşlıq əlaqələri yaradılıbdır. Qarşılıqlı dostluq və qardaşlıq əlaqələrinin prezidentliyinizin yeni dövründə güclənəcəyinə ürəkdən inanaraq, sizə cansağlığı və İran xalqının rifahının təmini istiqamətində dövlətinizə uğurlar arzulayıram.