May 23, 2017 14:02 Asia/Baku
  • İran Milli Olimpiya Komitəsinin sədri milli mediyaya təşəkkür edib
    İran Milli Olimpiya Komitəsinin sədri milli mediyaya təşəkkür edib

İran Milli Olimpiya Komitəsinin sədri İslamiada oyunlarının sonunda milli mediyaya xüsusi təşəkkür edib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Kiyumərs Haşemi belə qeyd edib: İranın qeyrətli övladlarının iftixarlı və təqdirəlayiq anlarının qeydə alınıb, ötürülməsi yolunda əlindən gələni əsirgəmədiyi üçün milli mediyaya xüsusi təşəkkür edirəm.

O, həmçinin bütün mediaları çalışqan fəallar və mehriban dostlar kimi yad edərək, belə əlavə edib: Medialar şəffaf və sağlam bir informasiya ilə İslam Həmrəyliyi Oyunlarında baş verənləri mümkün olan ən qısa bir zamanda idman həvəskarlarının diqqətinə çatdırdılar.