May 23, 2017 17:02 Asia/Baku
  • Trend: Moqerini AR-Ermənistan münaqişəsinin dinc həllini vurğulayıb
    Trend: Moqerini AR-Ermənistan münaqişəsinin dinc həllini vurğulayıb

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin beynəlxalq hüquq normaları əsasında və dinc həllini vurğulayıb.

Trend xəbər agentliyinin məlumatına görə, Federika Moqerini Brüsseldə 17-ci Ermənistan-Avropa Birliyi Şurası iclasından sonra keçirilən mətbuat konfransında Qarabağ məntəqəsi üstündə iki ölkə arasında mövcud olan münaqişəyə son qoyulmasını istəyib.

Moqerini deyib: Avropa Birliyi ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Ümid edirik ki, bu münaqişənin iki tərəfi Qarabağda atəşkəsə riayət və siyasi müzakirələri bərpa edəcək.

O, həmçinin münaqişə tərəflərindən istəyibdir ki, tez bir zamanda bu məntəqədəki döyüşlərə son qoysunlar və təhrikedici çıxışlar və ya hərəkətlərdən çəkinsinlər.

Teqlər