May 25, 2017 16:52 Asia/Baku
  • İnsan haqları müdafiəçiləri AİP sədrinin səhhəti ilə bağlı nigaranlıq ediblər
    İnsan haqları müdafiəçiləri AİP sədrinin səhhəti ilə bağlı nigaranlıq ediblər

Azərbaycanda insan haqları müdafiəçiləri İslam Partiyası sədrinin mühafizə tipli otaqda saxlanılması və ona qarşı təzyiqlərin artırılmasına etiraz ediblər.

Faktxəbər internet saytının verdiyi məlumata görə, insan haqları müdafiəçisi Rəsul Cəfərov deyib: Mövsüm Səmədovun vəkili Yalçın İmanov həbsxana rəhbərliyi tərəfindən AİP sədrinə qarşı irəli sürülən ittihamları və mühafizə tipli otaqda saxlanılması barədə qərarı əsassız adlandırıb. 

Hüquq müdafiəçisi Qurban Məmmədov isə açıqlaması zamanı bildirdi ki, Mövsüm Səmədovla bağlı baş verənlərin hamısı əsassızdır. Ümumiyyətlə həbsxanalardakı məhbuslar həmişə din adamlarına, ziyalılara və siyasilərə qarşı ehtiramla yanaşırlar. “       

Mövsüm Səmədov ötən mart ayında məhbuslar ilə birlikdə camaat namazı qılmaqda ittiham edilərək, yarım kars cəzası almışdı. Cəza müddətinin 21 mayda başa çatmasına baxmayaraq, Səmədov hələ də mühafizə tipli otaqda saxlanılır. 

Mövsüm Səmədov 2011-ci ildə orta məktəblərdə məktəbli qızların hicabdan istifadəsini qadağan edən qərara qarşı çıxdığı üçün müavini hacı Vaqif Abdullayev ilə birlikdə həbs edilmiş daha sonra isə dövlət əleyhinə silahlı çevrilişə cəhd ittihamı ilə 12 il həbsə məhkum edilmişdir.