May 29, 2017 16:23 Asia/Baku

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bu gün mətbuat konfransında digər ölkələrin Ər-Riyad iclasında iştirak məsələsinə münasibət bildirib.

Bəhram Qasimi deyib: Biz başqa ölkələrin digər ölkələrdə keçirilən iclaslarda iştirakına mene olmuruq. Qonşularımız biri-birləri ilə gediş gəlişdə və əlaqədə ola bilərlər . Biz Azərbaycanla yaxşı əlaqələrə malikik və ümid edirik ki bu əlaqələr gün-gündən yaxşılaşacaq. Həmçinin hər iki tərəfin qonşuluq haqqına yaxşı riayət edəcəyinə ümid edirik. 

Qasimi deyib: Super güclərin region üçün siyasətləri heç vasxt regionda dostluq və qardaşlıqa xidmət etməmişdir və bəzi ölkələrdə baş verənlər elə bundan mənşə alır. 

Qsimi ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri və həmin səfərdə İrana qarşı əsassız ittiihamları təkrarlamasına toxunaraq deyib: Trampın terrorizm və zorakılığın yayıldığı yer olan bir ölkəyə səfəri onun terrorizm ilə mübarizə iddialarını batil edir. 

İranın XİN sözçüsü ABŞ prezidentinin Ər-Riyaddakı sözlərinin yersiz və səhv olduğunu vurğulayaraq deyib: İranı terrorizmə dəstək verməkdə ittiham etmək inanılmaz və qəbul edilməz iddia olaraq, özünə qarşı ittihamlardan qurtarmaq məqsədi güdür. 

İranın diplomatiya aparatının sözçüsü Qətərin Ər-Riyad iclasından sonra İrana tərəf meyllənməsi  ehtimalı barədə deyib: İran İslam Respublikası qonşu ölkələrlə dost və qardaş dili ilə danışıb və həmişə mövcud ortaqlıqları və nailiyyətləri artırmağa səy göstərib. 

İİR XİN sözçüsü Suriyadakı son hadisələr və atəşkəs rejimi barədə deyib: İran, Rusiya və Türkiyənin Astana müzakirələri davam edir və lazımı zəmin yaranarsa,  atəşkəsə müəyyən qüvvələr nəzarət edəcək . İran anlaşma olarsa Suriyaya qüvvə göndərməyə hazırdır. 

Bəhram Qasimi Ali-Xəlifə rejiminin Bəhreynli məşhur ruhani şeyx İsa Qasimə qarşı hərəkətləri barədə deyib: Bu proses davam edərsə, bu ölkə nəhayət qaynar nöqtəyə gəlib çatacaq. 

İran xarici diplomatiya aparatının sözçüsü deyib: Bəhreyndə baş verənlər pislənilməlidir və Bəhreyn dövlətinə təmkinlik nümayiş etdirməsi və öz vətəndaşlarının inanclarına hörmətlə yanaşması tövsiyə olunur. 

Teqlər