May 29, 2017 19:57 Asia/Baku
  • Möhsün Pakain
    Möhsün Pakain

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri bu ölkə prezidenti İlham Əliyevin Ərrəyad iclasında iştirakından təəccübləndiyini bildirib.

Möhsün Pakain Səhər kanalının Kompas verilişinin qonağı olaraq Səudiyyə Ərəbistanının müsəlman ölkələrə qarşı ən əsas məqsədlərini şərh edərək deyib: Səudiyyə Ərəbistanının əsas məqsədi müsəlman ölkələr arasında tərfirqə və ixtilaf salmaqdır. Səudiyyənin bu siyasəti qeyri qanuni sionist rejimin məqsədlərinə xidmət istiqamətindədir. 

Pakain İsrailin müsəlman ölkələr arasında birlik və həmrəyliyin olmasını istəmədiyini bildirərək deyib: İsrail yaranmış durumdan faydalanaraq Donald Tramp ABŞ-da hakimiyyətdə olduğu müddətdə ondan maksimum faydalanmaq istəyir, məhz buna görə də, biz cənab İlham Əliyevin Ərrəyad iclasında iştirakını təəccübləndirici hesab edirik. 

İranın Bakıdakı keçmiş səfiri deyib: Cənab İlham Əliyev həmişə müsəlman ölkələr arasında vəhdət və həmrəyliyə təkid edir belə bir şəraitdə müsəlmanlar arasında təfriqə planı istiqamətində olan Ərrəyad iclasında onun iştirakı təəccüb doğurur. 

ABŞ prezidenti Donald Tramp ordibeheşt ayının 31-də Səudiyyə Ərəbistanına səfərinin ilk günündə ABŞ tarixinin ən iri hərbi silah müqaviləsini Səudiyyə kralı ilə imzaladı. Müqavilənin dəyəri 110 milyard dollardan ibarətdir. 

Donald Tramp bir neçə müsəlman ölkənin başçıları ilə Ərrəyadda təşkil olunan iclasda İrana qarşı əsassız iddialar səsləndirərək İranın regionda destabillikdə məsuliyyət daşıdığını iddia etdi və iştirakçılardan İrana qarşı koalisiya yaratmalarını istədi.