İyun 17, 2017 11:52 Asia/Baku
  • Bakıda İranın iştirakı ilə konfrans keçirilib
    Bakıda İranın iştirakı ilə konfrans keçirilib

Bakıda İran İslam Respublikası da daxil 10 ölkənin iştirakı ilə "Cənubi Qafqaz beynəlxalq arenada: region və ətrafında əməkdaşlıq və rəqabət" beynəlxalq konfransı keçirilib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, konfransda Cənubi Qafqaz və beynəlxalq oyunçular, mənafelər, gözləntilər və qarşılıqlı əməkdaşlıqlar, eləcə də Cənubi Qafqazın qonşuları ilə əlaqələri və regional münasibətlər araşdırılıb. 

Konfransda Avropa Birliyi , Rusiya, Almaniya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Qazaxıstan, Çin,Azərbaycan Respubikasından nümayəndələr iştirak ediblər. İran İslam Respublikasından Şəhid Beyeşti Universitetinin elmi heyətinin üzvü D-r Həmidrza Əzizi İran, Azərbaycan və Rusiya üçtərəfli təşəbbüslərin Qafqazın yeni quruluşundakı rolu barədə çıxış edib. 

Həmidrza Əzizi İran İslam Respublikasının Cənubi Qafqaz və Orta Asiyada qarşılıqlı əlaqələrin inkişafındakı təşəbbüsçü roluna toxunaraq deyib: İranın xarici siyasətinin yeni strategiyasını nəzərə alaraq İranın regionun təsirli ölkələri olan Azərbaycan və Rusiya ilə əməkdaşlıq yolu ilə regionda təsirli oyunçuya çevrilmək yolları diqqətə alınmalı və İran, Azərbaycan və Rusiya Qafqaz regionuna yeni düzən verə bilər və onun istiqamətləndirilməsini öz üzərlərinə götürə bilərlər. 

Azərbaycan Respublikası strateji araşdırmalar mərkəzinin rəhbəri Fərhad Məhəmmədov da öz çıxışında İran İslam Respublikasının Cənubi Qafqaz regionunun qonşusu olduğunu bildirərək İranın Cnubi Qafqazın hər üç ölkəsi ilə normal əlaqələrə malik olduğunu bildirərək deyib: İran, Azərbaycan və Rusiya prezidentlərinin ötən ilki üçtərəfli görüşləri son dərəcə önəmli idi və bu görüşdən sonra şimal-cənub dəmiryolu dəhlizinin inşası əməliyyatı sürətləndirildi. 

F.Məhəmmədov deyib: İran və Azərbaycan hal-hazırda müxtəlif sahələrdə xüsusiylə nəqliyyat və investisiya sahəsində yaxşı əməkdaşlığa malikdirlər. 

Konfransda həmçinin İran, Türkiyə və Rusiyanın Cənubi Qafqaz regionunun xüsusiylə enerji və nəqliyyat sahəsindəki inkişafındakı rolu yüksək qiymətləndirilib. 

Teqlər