İyun 24, 2017 13:47 Asia/Baku
  • Allahşükür Paşazadə
    Allahşükür Paşazadə

Ümumdünya Qüds günündə Bakıda Qafqaz Müsəlmanları İdarəsində Azərbaycan Respublikasının din xadimləri və alimlərinin iştirakı ilə tədbir keçirilib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, tədbirdə QMİ sədri Allahşükür Paşazadə  həzrət İmam Xomeyninin(r.ə) əsil məhəmməd islamının bərpasında və dünya müsəlmanlarının vəhdəti yolundakı rolunu vurğulayaraq deyib: Bu gün Qüds günü dünyanın müxtəlif yerlərində keçirilir, bu isə İmam Xomeyninin(r.ə) müraciətinin təsirini göstərir və Qüds günü müsəlmanların zülm və işğalçılığa qarşı vəhdətinin nümayişi olaraq o həzrətin yadiqarıdır. 

Allahşükür Paşazadə Azərbaycan Respublikasında məscidlərin inşası və bərpasına toxunaraq Cəbrayıllı rayonunda Cocuq Mərcanlı kəndinin yenicə inşa edilmiş məscidində ilk azan səsinin ucaldılması və hacı Cavad məscidinin inşasını məscid inşası sahəsində ən son fəaliyyətlər adlandırıb. 

Tədbirdə vəliyi fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-islam vəl-müslimin Əliəkbər Ocaqnejad da Qüdsü ədalətsevərlik günü, insanların təcavüzkarlara qarşı fəryadı günü adlandıraraq deyib: Qüds gününün müraciəti müsəlmanların qardaşlığı və birliyi eləcə də dünyada sülh və təhlükəsizliyin bərqərar edilməsinə səydən ibarətdir. 

Ocaqnejad həmçinin Allahın nəzdində bəndənin əməllərinin qəbul olunması şərtlərini də şərh edib. 

Teqlər