İyun 24, 2017 15:34 Asia/Baku
  • Rusiyadan alınan silahlar Azərbaycana gətirilir
    Rusiyadan alınan silahlar Azərbaycana gətirilir

Azərbaycanın Rusiyadan aldığı silahların ölkəyə gətirilməsi prosesi davam edir.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan və Rusiya arasında imzalanmış anlaşmaya əsasən iki ölkə arasında hərbi əməkdaşlıqların genişləndirilməsi çərçivəsində Rusiyadan Azərbaycana müasir silahların idxalı davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyadan alınmış silahlar tezliklə cəbhə bölgəsinə köçürüləcək.

Bu məlumatda alınan silahların növlərinə də işarə edilib və bildirilib ki, bu silah və hərbi təchizatlar Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanlarını daha da yaxşılaşdırmış olacaq.

Teqlər