İyul 06, 2017 09:28 Asia/Baku
  • Cavad Cahangirzadə
    Cavad Cahangirzadə

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Qarabağ bölgəsində vətəndaşlara qarşı son hadisənin baş verməsindən təəssüflənib və həlak olanların ailələrinə və Azərbaycan dövlətinə başsağlığı verib: Sivil vətəndaşlara qarşı hərbi hərəkət pislənilir.

Cavad Cahangirzadə Azərbaycan mediaları ilə müsahibəsində əlavə edib: Beynəlxalq qaydalar və normalar humanist hüquqların pozulmasını pisləyir. Qənaətimizcə ermənilərin belə hərəkətləri münaqişənin dinc şəkildə diplomatik yolla həll edilməsinə heç bir kömək etməyəcək və şəraiti daha da mürəkkəbləşdirəcək. 

O əlavə edib: Azərbaycan Respublikasının haqqı vardır ki, öz sivil vətəndaşlarına qarşı qeyri-qanuni hərəkəti əlaqədar beynəlxalq dairələrdə müzakirəyə qaldırsın. Minsk Qrupu atəşəsin pozulması və sivillərə qarşı istənilən hərəkətin qarşısının alınması üçün ciddi önləyici addımlar atmalıdır. 

İranın Azərbaycandakı səfiri həmçinin İran və Azərbaycanın əlaqələrinə də münasibət bildirib: Bu əlaqələr bütün sahələrdə ayrılmazdır və ticarət dövriyyəsinin 70%-lik artımı, birgə şəkildə əczaçılıq və avtomobilqayırma zavodlarının inşası, şimal-cənub dəmiryolunun tikintisi, tələbələrin təhsili, bütün bunların hamısı iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından xəbər verir. Qonşularımız arasında Azərbaycanla əlaqələr misilsizdir. Bu əlaqələri qorumaq lazımdır. Çünki bəziləri bu səmimi əlaqələrin olmasını istəmirlər. 

Rəşt-Astara dəmiryolunun çəkilməsində iki ölkənin yaxın gələcəkdə iştirakından söz açan səfir əlavə edib: Avtomobilqayırma zavodunun da bu il sentyabrda istifadəyə verilməsi üçün səylər göstərilir. 

Cahangirzadə Astara və Biləsuvar gömrüklərinin sutkalıq fəaliyyət göstərməsini iki tərəfin digər proqramlarından olduğunu deyib: Astara gömrüyündə bunun üçün problem yoxdur. Lakin Biləsuvarda insan resursunun təmin olunması, imkanlar və iqtisadi əsaslandırmalar üçün proqram tənzimlənməlidir. 

Teqlər