İyul 19, 2017 08:39 Asia/Baku
  • İran və Azərbaycan arasında razılaşma

İranın şimal şərqində yerləşən Məşhəd şəhərinin Firdövsi Universitetinin Seysmoloji araşdırma mərkəzinin sədri və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Seysmoloji araşdırma mərkəzinin sədri dünən Bakıda müştərək seysmoloji araşdırmalar üzrə razılığa gəliblər.

İRİB-in verdiyi məlumata görə, Məşhəd şəhərinin Firdövsi Universitetinin Seysmoloji araşdırma mərkəzinin sədri seyid Kiyan Hüseyni Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Seysmoloji araşdırma mərkəzinin rəhbəri Qurban Yetirmişli həmçinin iki ölkənin seysmoloji araşdırma mərkəzləri arasında əməkdaşlıqların genişləndirilməsini vurğalayaraq bu sahədə əlaqələrin inkişafının hər iki ölkəyə xeyirli olacağını bildiriblər. 

 

Teqlər