İyul 19, 2017 17:04 Asia/Baku
  • Azərbaycan, Türkmənistan və Türkiyə iqtisadi və siyasi əməkdaşlıqları vurğuladı

Azərbaycan Respublikası, Türkmənistan və Türkiyənin yüksək səviyyəli rəsmiləri ayrı-ayrı görüşlərdə siyasi və iqtisadi əməkdaşlıqları vurğulayıblar.

APA-nın məlumatına görə, Türkmənistan xarici işlər naziri Rəşid Muradov çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda görüşdə iki ölkənin qədim əlaqələrinə toxunaraq iqtisadi, siyasi və nəqliyyat əməkdaşlıqlarını perspektivini araşdırıb.

Rəşid Muradov bu səfərdə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinin baş tuta biləcəyini deyib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan, Türkmənistan və Türkiyənin dördüncü üçtərəfli iclasının kənarında İlham Əliyevlə görüşərək danışıqlar aparıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bu iclasın kənarında Mövlud Çavuşoğlu və Rəşid Muradovla görüşərək müştərək əməkdaşlıq mövzuları haqda müzakirə aparıb.

Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Muradov və Mövlud Çavuşoğlunun dördüncü üçtərəfli iclası Bakıda keçirilib.

Teqlər