İyul 20, 2017 12:27 Asia/Baku
  • İlham Əliyev
    İlham Əliyev

Azərbaycan prezidenti çərşənbə günü bu ölkə ilə İran İslam Respublikası arasında imzalanmış dəmiryolu anlaşmasının icrası ilə bağlı fərman imzalayıb.

İRNA-nın məlumatına görə, Azərbaycan və İran arasındakı dəmiryolu anlaşması 5 mart 2017-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin İrana olan səfəri zamanı iki ölkənin dəmir yolları şirkətləri arasında imzalanmışdı. 

İlham Əliyev Azərbaycan prezidentinin rəsmi saytında yer alan bu fərmanda Azərbaycan Dövlət Dəmir Yolları İdarəsindən müqavilənin şərtlərinə əməl etməsini istəyib. Bu fərmana əsasən Azərbaycan Xarici İşlər Nazirliyi də müqavilənin icra edilməsi üçün lazım olan prosedur qaydaları İran İslam Respublikasına elan etməlidir. İran İslam Respublikası və Azərbaycan şimal-cənub nəqliyyat marşrutunun təkmilləşdirilməsi məqsədi ilə iki ölkənin dəmir yolları şəbəkələrinin bir-birinə birləşdirilməsi istiqamətində əməkdaşlıq edirlər. 

Teqlər