Avq 12, 2017 13:50 Asia/Baku
  • Azərbaycanlı atlet dünya çempionu oldu
    Azərbaycanlı atlet dünya çempionu oldu

Dünya Yüngül Atletika Çempionatında kişilәrin 200 metrә qaçış finalında Türkiyәni tәmsil edәn Azәrbaycan әsilli, Fәnәrbaxça İdman Klubunun yetirmәsi Ramil Quliyev qızıl medal qazanıb.

Ramil Quliyevin bu uğuru Türkiyә tarixindә bir ilkdir. Ramil 200 metr mәsafәni 20.09 saniyәyә qaçaraq bütün rәqiblәrini qabaqlayıb. Birinci yer üçün 60 min dollar mükafat tәsis olunub.

Atlet 2010-cu ildə “Fənərbaxça” klubuna keçib, 2011-ci ildə Türkiyə vətəndaşlığına keçməyi qərara alıb. 2012-ci ildə Azərbaycanın idman naziri Azad Rəhimov Ramil Quliyevi “yüksək maddi tələblər irəli sürməkdə” ittiham etdi.  O Azərbaycanın adından çempionatlarda çıxış etmək istəmədi. “Həmin vaxt Ramil Quliyev, Azərbaycan vətəndaşlığından çıxarılma və Azərbaycana girərsə həbs olunma təhdidləri ilə qarşı-qarşıya qaldı.

 

Teqlər