Avq 15, 2017 11:30 Asia/Baku
  • Azərbaycan millilərinin maaşlarının ödənməməsi böhranı
    Azərbaycan millilərinin maaşlarının ödənməməsi böhranı

Azərbaycan Respublikasını dünya idman arenalarında təmsil edən millilər maaşlarının ödənməməsinə etiraz ediblər.

Qafqaz Mədəniyyət Mərkəzinin Azərbaycanın hürriyyət internet portalına istinadla verdiyi məlumata görə, Azərbaycanın boksçularından Emin İsmayılov maaşının ödənməməsinə etiraz olaraq Azərbaycan İdman və Gənclər Nazirliyinin binası qarşısında üzərinə benzin tökərək özünü yandırmaqla hədələyib. 

Bu boksçu deyib: Üç ildir ki, maaşları verilməyib. 

Azərbaycan milli komandasının bir qrup güləşçisi də Güləş Federasiyası binasının önünə toplaşaraq maaşlarının gecikməsinə etiraz ediblər. 

Bu arada Azərbaycan klublarından birinin heyətinə qatılan Azərbaycan yığmasının efiopiyalı qaçış üzrə idmançısı İngiltərənin Qardian qəzeti ilə müsahibədə deyib: Azərbaycanda məndən idman qulu kimi istifadə etdilər və mənə vəd etdikləri pulu vermədilər. 

Həmçinin virtual.az internet portalı da Türkiyənin Hürriyyət qəzetinə istinadla bildirib: Türkiyədə azərbaycanlı yüngül atlet Ramil Quliyev Azərbaycana qayıtdığı halda həbs olunmaqla hədələnib.