Sen 14, 2017 14:35 Asia/Baku
  • Azərbaycanın ən böyük neft memorandumunun müddəti uzadılıb

Bu gün Azərbaycan Respublikasının bir neçə xarici şirkətlə Azəri-Çıraq-Günəşli neft yataqlarının inkişaf etdirilməsi memorandumunun müddəti uzadılıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində daxili və xarici rəsmilərin iştirak etdiyi bu mərasimdə bir neçə xarici şirkət, o cümlədən İngiltərənin British Petrolium, Azərbaycanın SOCAR, ABŞ-ın Chevron, Norveçin Statoil, Yaponiyanın İNPEX və İTOCHU və Türkiyənin TPAO şirkətlərinin rəsmiləri BP-nin podratçılığı ilə Azərbaycan Respublikasının Azəri-Çıraq-Günəşli neft yataqlarının inkişaf etdirilməsi memorandumunun müddətini 32 il yəni 2050-ci ilə qədər uzadılmasını imzalayıblar.

Bundan öncə Azərbaycanın Xəzər dənizində ən böyük neft yataqları olan Azəri-Çıraq-Günəşli neft yataqlarının inkişaf etdirilməsi memorandumu 1994-cü ildə bir neçə şirkət və BP şirkətinin podratçılığı ilə 25 il müddətinə imzalanmışdı.

Azərbaycan prezidenti İlham Əliyev bu neft memorandumunun müddətinin uzadılması tədbirində bu neft müqaviləsinin müddətinin uzadılmasının Azərbaycan Respublikası üçün əhəmiyyətini xatırladıb və əlavə edib: Bu memorandum əvvəlki memorandumla müqayisədə daha münasib şəkildə icra olunacaq, əlbəttə ilk müqavilə də bizim üçün yaxşı idi.

İlham Əliyev deyib: Bu neft müqaviləsinin müddətinin uzadılması ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın payı 11,6%-dən 25%-ə artacaq.

Azərbaycan prezidenti ötən 23 il ərzində Azəri-Çıraq-Günəşli neft yataqlarından 436 milyon ton neft çıxarıldığını bildirərək deyib: Bu neft yataqlarında qalan neft ehtiyatının 500 milyon ton olduğu hesablanıb.