Sen 14, 2017 20:22 Asia/Baku
  • Türkiyə və Azərbaycan birgə hərbi hava təlimləri keçirəcək

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi təlimləri tezliklə keçiriləcək.

İRİB-in Bakıdakı nümayəndəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, hərbi hava təlimləri TurAz Qartalı 2017 adı ilə iki ölkənin hərbi əməkdaşlığına əsasən, xüsusi hərbi hava qüvvələrinin iştirakı ilə 18 sentyabrda başlayacaq.

Bu birgə hərbi hava təlimlərində müxtəlif təyyarələr, o cümlədən C-130, F016, Mic-29, Su-25 qırıcı təyyarələri və Mİ-17 və Mİ-35 helikopterləri iştirak edəcək.

Bu hərbi hava təlimlərində iki ölkənin hərbi hava qüvvələrinin birgə əməliyyat proqramlarına nəzarət, əməliyyatda qarşılıqlı əməkdaşlıq, axtarış, xilasetmə əməliyyatı, hava hücumları, quru hədəflərin məhvi və digər sahələrdə lazımi məşqlər keçiriləcək.

Bu hərbi təlimlər 30 sentyabra qədər davam edəcək.