Sen 15, 2017 12:31 Asia/Baku
  • Azərbaycan müdafiə naziri sionist rejimin hərbi mərkəzlərində olub
    Azərbaycan müdafiə naziri sionist rejimin hərbi mərkəzlərində olub

Azərbaycan Respublikası müdafiə naziri işğal olunmuş Fələstində sionist rejimin böyük silah istehsalı mərkəzləri ilə yaxından tanış olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet portalının verdiyi məlumata görə, Zakir Həsənov işğal olunmuş Fələstinə səfərinin davamında işğal olunmuş bölgələrdə silah istehsalı mərkəzləri ilə yaxından tanış olub və bu mərkəzlərin məsulları ilə iki tərəfi maraqlandıran məsələlər haqda fikir mübadiləsi aparıb.

Zakir Həsənov bu həftənin əvvəllərində işğal olunmuş Fələstinə səfər edib.

Daxili etirazlara baxmayaraq, son illərdə Azərbaycan Respublikası və sionist rejimin münasibətləri, əsasən də hərbi və təhlükəsizlik sektorlarında əlaqələri artmışdır.