Sen 19, 2017 20:55 Asia/Baku
  • AİP-in 25 illiyi tədbirinin keçirilməsinə imkan verilməyib
    AİP-in 25 illiyi tədbirinin keçirilməsinə imkan verilməyib

Azərbaycanda İslam partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar tədbirin polis tərəfindən qarşısı alınıb.

İRİB-in Bakıdakı ofisinin İslamınsesi internet portalına istinadla verdiyi məlumata görə,

Azərbaycan İslam Partiyasının (AİP) 25 illik yubiley tədbirinin keçirilməsi baş tutmayıb. Buna səbəb yubiley tədbirinin keçiriləcəyi “Kəmalə Nərmin” restoranının qarşısına yüksək rütbəli polis əməkdaşlarının və qüvvələrinin yeridilməsi olub.

Belə ki, tədbirin başlanmasına sayılı dəqiqələr qalmış əraziyə cəlb olunan polis qüvvələri restoranın qapısını bağlatdıraraq gələn qonaqların içəri daxil olmasına imkan verməyib. Bununla yanaşı partiya funksionerlərini, komitə rəhbərlərini, eləcə də digər qonaqları ərazidən uzaqlaşdırıblar.

Görülən bütün tədbirlərə baxmayaraq yubiley mərasiminin keçiriləcəyi əraziyə gələn AİP-in sədr əvəzi Hacı İlham Əliyev mediaya açıqlama verib. O, bildirib ki, hökumət tərəfindən partiyanın 25 illiyinin keçirilməsinə qarşı qoyulan qadağa heç bir qanuna sığmır: “ Bu qadağa ölkədə elan olunan “İslam Həmrəyliyi ili” ilə heç bir vəhdət təşkil etmir”.