Sen 21, 2017 16:28 Asia/Baku
  • İranın Azərbaycanda avtomobilqayırma zavodunun işləri yekunlaşır
    İranın Azərbaycanda avtomobilqayırma zavodunun işləri yekunlaşır

İran İslam Respublikası və Azərbaycan Respublikasının birgə avtomobilqayırma zavodunun inşa işlərində 85% irəliləyiş vardır və ilin sonuna qədər yekunlaşacaq və istismara hazır olacaqdır.

İRİB-in Bakıdakı ofisinin məlumatına görə, bu zavodun inşa əməliyyatı iki ölkənin anlaşmasına əsasən ötən ilin yayından Bakının 150 kilometr cənubunda yerləşən Neftaçala sənaye obyektində başlanıb və bu zavodun tikinti şirkətinin icra direktoru Emin Axundovun bildirdiyinə görə, zavodun binası və obyektlərinin 85%-nin işi görülüb və ilin sonuna qədər zavod istismara hazır olacaqdır.

Emin Axundov bildirib: İranın İrankhodro Şirkətinin 15 milyon dollarlıq ilkin yatırımı ilə tikilən bu zavodun işlərinin sona çatması və istifadəyə verilməsi ilə Azərbaycan Respublikası bazarının ehtiyacı təmin olacaq. Qərara almışıq ki, zavodun istehsalının 20%-ni də ixrac edək. Məqsəd ölkələrlə elə indidən lazımi müzakirələr aparılır.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə də bu zavodun inşa işləri ilə yaxından tanış olduğu zaman müştərək zavodun 15 milyon dollar investisiya ilə Neftçala sənaye obyektində inşa edilməkdə olduğunu bildirərək əlavə edib: İrankhodro Şirkətinin bu layihənin icrasındakı payı 25%-dir və texniki bilik və istehsal xəttinin yaradılmasına şamil olur. Zavodun tikintisi və obyektlər hazır olduqdan sonra İrankhodro Şirkəti onun istehsal xəttini gələn 4-5 ay ərzində istismara verəcək və 5 İran avtomobili istehsal olunacaq.

Bu sənaye layihəsinin icrası iki qonşu ölkənin sənaye əməkdaşlıqlarında yeni səhifə açacaq.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin sənaye üzrə müavini Niyazi Səfərov da iki ölkə əlaqələrinin münasib prosesinə toxunaraq deyib: Hazırda başqa sahələrdən əlavə, əczaçılıq və avtomobilqayırma sənaye sektorunda iki önəmli layihə iki ölkənin əməkdaşlığı ilə Azərbaycanda icra olunur. Biz hazırda avtomobilqayırma zavodunun inşa edilməsi əməliyyatının yaxşı şəkildə həyata keçirildiyinin şahidiyik. Bu zavodun istismara verilməsi region iqtisadiyaytına da kömək edəcək.

Bu müştərək zavodun istifadəyə verilməsi ilə ildə 10 min 5 İran avtomobili istehsal olunacaq.

Bu zavodun məhsulları Azərbaycan bazarını təmin etməkdən əlavə, təxminən 20% məhsul digər ölkələrə, o cümlədən MDB və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.

Teqlər