Sen 27, 2017 10:08 Asia/Baku
  • İlham Əliyev: Ermənistan danışıqların imitasiyası ilə məşğuldur

Azərbaycan Respublikası prezidenti Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların imitasiyası ilə məşğul olmasını tənqid etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu dedi və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirdi.

Azərbaycan - Ermənistan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsinin ardınca başlandı. Daha sonra Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədə Azərbaycanın Dağlıq Qarabağ və daha 7 rayonu Ermənistan tərəfindən işğal edildi. Ermənistanın Azərbaycana qarşı işğalçılığı hələ də davam edir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması barədə 4 qətnaməsi isə indiyə kimi icra edilməyib. 

1994-cü ildə atəşkəsin elan edilməsindən bəri münaqişə tərəfləri Rusiya, Fransa və Amerikanın başçılıq etdiyi Minks Qrupunun vasitəçiliyi ilə münaqişənin nizamlanması üzrə danışıqları davam etdirirlər. 

Teqlər