Sen 30, 2017 17:56 Asia/Baku
  • AİP sədrinin şəhid müavini V.Abdullayevin xatirəsinə həsr olunmuş mərasim keçirilib
    AİP sədrinin şəhid müavini V.Abdullayevin xatirəsinə həsr olunmuş mərasim keçirilib

Bakıda Azərbaycan İslam Partiyası sədrinin şəhid müavini Hacı Vaqif Abdullayevin xatirəsinə həsr olunmuş mərasim keçirilib.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, AİP-in sədr əvəzi Hacı İlham Əliyev, siyasi və ictimai fəallar və o mərhumun ailəsinin iştirakı ilə keçirilən mərasimdə iştirakçılar bu şəhidin xatirəsini yad edərək onun yolunun davam etdirilməsini vurğulayıblar. 

Bu mərasimin təşkilatçılarından “Qələm” Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl Aşura günləri ərəfəsində bu mərasimin təşkil olunmasının əsas məqsədlərindən birini  Vaqif Abdullayevin mübarizə yolunun, uğrunda fəda olduqları dəyərlərin insanlara çatdırılmasının zəruri olduğunu vurğulayıb. 

Azərbaycan İslam Partiyası sədrinin şəhid müavini Hacı Vaqif Abdullayev 2011-ci ildə AİP sədri ilə birlikdə həbs olunduqdan sonra 11 il müddətinə azadlıqdan məhrum edildi. O bir müddət sonra 2012-ci ildə Bakı həbsxanasında şəhid oldu. 

Teqlər