Okt 16, 2017 10:34 Asia/Baku
  • İlham Əliyev və Serj Sarkisyan
    İlham Əliyev və Serj Sarkisyan

Bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşəcəklər.

Qeyd edək ki, 1994-cü ildən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə rəğmən, Minsk Qrupu Ermənistana heç bir təzyiq göstərməyərək, münaqişə tərəflərinin görüşləri ilə məşğul olub.

Faktaraşdırıcı missyanı ermənipərəstlikdə suçlayan Azərbaycan Respublikası 23 ildir, Minsk Qrupu formatında münaqişənin həllinə ümid bəsləyir. Azərbaycan Respublikasının prezidenti mövcud vəziyyəti qəbuledilməz hesab etsə də, Ermənistan prezidentinin görüşünə gedir.

 

Teqlər