Okt 16, 2017 19:16 Asia/Baku
  • Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib
    Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib

Oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentləri arasında İsveçrənin Cenevrə şəhərində həmsədrlərin və xarici işlər nazirlərinin iştirakı ilə, sonra isə təkbətək görüş keçirilib.

Bu, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Cenevrə görüşünün yekununa dair bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmaqla razılaşıblar.

"Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar", - deyə bəyanatda vurğulanır.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Bəyanatda deyilir: "Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmaqla razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər". 

 

Teqlər