Okt 17, 2017 16:25 Asia/Baku
  • Astara gömrüyünün fəaliyyəti artıb
    Astara gömrüyünün fəaliyyəti artıb

İran və Azərbaycan Respublikası Astara gömrüyünün müdirləri bu gömrüyün fəaliyyətinin sutkalıq olmasına təkid ediblər.

İRNA-nın Astaradan verdiyi məlumata görə, Gilan ostanı gömrüklərinin nəzarətçisi dünən İran və Azərbaycan Astarası gömrüklərinin rəhbərlərinin 4-cü iclasında deyib: Bu kimi iclasların keçirilməsi, qarşılıqlı ticarət və iqtisadi əlaqələri asanlaşdırır və İran tərəfindən Astara gömrüyünün sutkalıq fəaliyyətə keçməsi üçün heç bir məhdudiyyət yoxdur. 

Məhəmməd Şahbazi deyib: Bu barədə müvafiq orqan və təşkilatlar hazırlığa malikdir və ümid edirik ki, Azərbaycan Astarasının gömrüyü də bu məqsədin reallaşması üçün lazımı şəraiti yaradacaq. 

Azərbaycan Respubliksaı gömrük idarəsinin beynəlxalq məsələlər üzrə baş müdiri Dilavər Fərzəliyev də bu iclasda bildirib: İran və Azərbaycan gömrük məntəqələrinin fəaliyyətinin sutkalıq rejimə keçməsi  protokollar çətçivəsində izlənilir amma 17 il ötsə də hələ reallaşmayıb və bu diplomatik səylər vasitəsi ilə həll olunmalıdır. 

Teqlər