Okt 30, 2017 21:27 Asia/Baku
  • Bakı-Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə Çin Avropaya qovuşur
    Bakı-Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə Çin Avropaya qovuşur

Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu gün Türkiyə və Azərbaycan Respublikasının prezidentləri, eləcə də Gürcüstan, Qazaxıstan və Özbəkistan baş nazirlərinin iştirakı ilə Bakı ətrafında yerləşən Ələt beynəlxalq ticarət limanında istifadəyə verilib.

846 kilometr uzunluğunda olan bu dəmiyolu xətti Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanın iştirakı ilə on il müddətinə və altı milyard 400 milyon dollardan çox vəsait hesabına inşa edilərək, istifadəyə verilibdir.

Bu dəmiryolu xəttinin 504 kilometri Azərbaycan Respublikası, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisində salınıbdır. Bu dəmiryolunun istifadəyə verilməsilə ilk mərhələdə bir milyon sərnişini və altı milyon tondan çox yükü Asiyadan Avropaya köçürmək mümkün olacaq. Bu miqdar sonrakı mərhələlərdə artırılaraq, üç milyon sərnişinə və on yeddi milyon ton yükə çatacaqdır.

Bu dəmiryolu xəttinin açılışı mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxış edib. O, öz çıxışında bu layihənin icrasını bu üç ölkənin həmkarlığının nəticəsi adlandırıb və belə əlavə edib: Bu marşrut Asiyadan Avropaya uzanan ən qısa dəmiryolu marşrutudur və onun icrası regionda ticarət əməkdaşlıqlarının inkişafına səbəb olacaqdır.

Əliyev habelə Azərbaycan Respublikasının Şimal-Cənub dəmiryolu dəhlizinin icrasındakı iştirakına toxunaraq, deyib: Azərbaycan Respublikası bu layihə formasında özünün bütün işlərini öz ərazisində görüb və hazırda digər ölkələrə də maliyyə və texniki yardımlar göstərir. O, sonra deyib: Şimal-Cənub dəmiryolu dəhlizi də Pakistan, Hindistan və İran İslam Respublikası kimi böyük ölkələri bir-birinə qovuşduraraq, yaxınlaşdırır.

Azərbaycan Respublikasının prezidenti deyib ki, Azərbaycan Respublikası Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Şimal-Cənub dəmiryolu dəhlizi layihələrinin hər ikisində fəal iştirak edir və bu iki mühüm dəmiryolu layihəsinin qovuşması üçün addımlar atacaqdır.

Rəcəb Tayyib Ərdoğan da bu mərasimdə bu layihənin önəmini qeyd edib. O, deyib ki, bu layihənin istifadəyə verilməsilə bu dəmiryolu xətti vasitəsilə əmtəə mallarının 12-15 gündə daşınması imkanı yaranıbdır. O, əlavə edib: Bakı-Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə Çin-Avropa marşrutu yüklərinin təkcə on faizinin nəzərdə tutulması ilə bu marşrutdan ildə 24 milyon ton əmtəə malı daşınacaqdır.

Gürcüstan, Qazaxıstan və Özbəkistan baş nazirləri də bu mərasimdə çıxış edərək, bu layihənin regional əhəmiyyətini xatırladıblar.

 

 

 

 

Teqlər